Müğənni Rəqsanə İsmayılova qızı Aysunla bağlı maraqlı açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, müğınni "Günə son" verilişinə müsahibəsində qızının ikinci dəfə evlənəcəyini açıqlayıb.
Verilən məlumata görə, Aysun İsmayılovanın toyu qış aylarına təsadüf edəcək.
"Qızıma da deyirdim ki, hər kəs özünə uyğun biri ilə evlənməlidir. Seçimi övladlara vermək lazım deyil. Nəslini, kökünü araşdırmaq lazımdır. Mənim uşağım gedib hər ailədə baş çıxara bilməz. Elçi gələn də, istəyən də çox olub. Nişan edəcəyik. Mən demişəm qızıma 4 gün toy edəcəm. Elə toy edəcəm ki, toyun səsi qulaqlardan getməyəcək", - deyə R.İsmayılova bildirib.
Qeyd edək ki, Aysun İsmayılova birinci dəfə Eşqin Cəlilov adlı biznesmenlə ailə həyatı qurmuşdu.
Xəyalə Rza
















