• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Forsaj”ın ulduzunun məhkəmə QALMAQALI

MƏDƏNİYYƏT

12 Avqust 2023 | 15:52 | Müəllif: Subhan Mahmudov

“Forsaj”ın ulduzunun məhkəmə QALMAQALI

Aktyor Tayris Gibson "The Home Depot" təsərrüfat malları mağazasını məhkəməyə verir.

Bakıvaxtı.az bildirir ki, o, özünün və iki həmkarının irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib. Sənətçi mağazadan bir milyon dollar tələb edib.

Məhkəmə iddiasında bildirilir ki, satıcılar "dərisinin rənginə görə Gibson haqqında əsassız şübhələrə əsaslanaraq, ona məhsul satmaqdan imtina ediblər". Sənəddə həmçinin deyilir ki, Gibson mağaza müdiri ilə yalnız 20 dəqiqəlik "şiddətli mübahisə"dən sonra alış-verişi başa çatdıra bilib.

"Kassir və menecerin hərəkətləri irq və mənşəyə görə ayrı-seçkilik xarakteri daşıyır. Pis rəftarın başqa ağlabatan izahı yoxdur", - iddiada deyilir.

Qeyd edək ki, Gibson daha çox "Forsaj" filmlərindəki Roman Pirs rolu ilə tanınır./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026