• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Elariz: “ABŞ-də “toylar kralı”yam”

MƏDƏNİYYƏT

11 Sentyabr 2023 | 00:23 | Müəllif: Subhan Mahmudov

Elariz: “ABŞ-də “toylar kralı”yam”

“Əlbəttə, Bakı üçün darıxıram. Yəqin ki, 2-3 aya Azərbaycana gələcəyəm. 4 il 7 aydır ABŞ-dəyəm. İşlərim yaxşıdır. ABŞ-də biznesim var, toylara da gedirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ-yə köçən müğənni Elariz Məmmədoğlu deyib.

Verilişlərin birinə virtual qoşulan ifaçı ABŞ-dəki həyatından danışıb:

“Həm toylara gedirəm, həm konsertlərim təşkil edilir, həm də restoranda çıxışlarım olur. Toyda, konsertdə öz mahnılarımı oxuyuram. Amma restoranda ukraynalı üçün Ukrayna, yunan üçün yunan, gürcü üçün gürcü dilində mahnı oxuyuram. Məndən başqa burada baş çıxaran olmaz.

Hərdən mənə deyirlər ki, bizi də ABŞ-yə gətir. Cavab verirəm ki, necə gətirim? Siz gəlin ki, mən də qarşılayım.

Burada 5 ildən çox yaşadıqdan sonra vətəndaşlıq üçün yaşamalısan. Mənim isə “Greencard”ım var, istənilən vaxt ABŞ-yə girib-çıxa bilirəm. ABŞ-də “toylar kralı”yam”./axsam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026