• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Erbil-Ceylan cütlüyü ayrıldı? - Onun bu istəyi…

MƏDƏNİYYƏT

09 Oktyabr 2023 | 15:05 | Müəllif: Qalib İbrahimoğlu

Erbil-Ceylan cütlüyü ayrıldı? - Onun bu istəyi…

Xəbər verdiyimiz kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik Gülseren Ceylana evlilik təklifi edib. Ancaq iddialara görə, Ceylanın Ərbildən son istəyi cütlük arasında fikir ayrılığına səbəb olub və ayrılıq qapısını açıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük aralarındakı yaş fərqinə görə tənqidlərə məruz qalsa da, Ərbil sevgilisinə həm solitaire üzüyü, həm də idman avtomobili hədiyyə edib.

Daha əvvəl evlilik təklifi aldığını deyən gənc qadının ayrılığa səbəb olan başqa bir istəyi olduğu iddia edilir.

Erbilin Ceylanın istəklərinə yetişə bilmədiyi üçün münasibətin bitdiyi deyilir. İddiaya görə, Ceylanın hədiyyə olaraq ev istəməsi ikili arasında böhran yaradıb.

Mehmet Ali Erbilin qızı Yasmin Erbillə yaşıd olan Gülseren Ceylan isə vəziyyətin pulla heç bir əlaqəsi olmadığını deyir: “Onunla çox xoşbəxtəm. Həyatımda heç vaxt olmadığım qədər xoşbəxtəm. Kimin nə dediyi vecinə deyil".

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026