Karyerasını Türkiyədə quran azərbaycanlı aktrisa Nəsrin Cavadzadənın geyimi müzakirə mövzusu olub.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkə izləyiciləri onun geyimini məsxərəyə qoyublar. Belə ki, ötən gecə qatıldığı tədbirlərin birində korsetli, işıltılı uzun libas geyinən aktrisanın tərzi bəyənilməyib.
"Onun zərifliyi belə paltarı xilas edə bilmədi", "Qorxunc paltar", "Müharibəyə gedirsən" tipli şərhlər yazılıb.
Qeyd edək ki, Nəsrin Cavadzadə "Üç kuruş", "Yasak elma" kimi məşhur seriallarda rol alıb.
Xəyalə Rza



















