• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məşhur müğənninin  həyat yoldaşı qəzaya düşdü 

MƏDƏNİYYƏT

16 Iyun 2023 | 10:55

Məşhur müğənninin həyat yoldaşı qəzaya düşdü

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandal qirokopter (helikopter tipli nəqliyyat vaistəsi) qəzasında yaralanıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Ula mahalının Akyaka bölgəsindən turistik məqsədlə havaya qalxan qirokopter Göyova körfəzi üzərində olarkən mühərrikində nasazlıq yaranıb. 47 yaşlı pilot Sinan Yılmazın idarə etdiyi qirokopter sərt enişdən sonra zeytun ağaclarına çırpılaraq dayana bilib.

Hadisə zamanı pilotla sərnişin xəsarət alıblar. Məlum olub ki, yaralanan sərnişin Mustafa Sandalın həyat yoldaşı, 34 yaşlı Melis Sandaldır. O, ilk tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Məlumata görə, hazırda vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Mustafa Sandal və Melis Sandal ötən il İtaliyada ailə qurublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026