Erməni müğənnisi Azərbaycan mahnısını oğurlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın repertuarında yer alan və illər əvvəl Azərbaycanın və Özbəkistanın Xalq artisti Nəsibə Abdullayevanın da ifa etdiyi
“Səndən nigaranam” mahnısı oğurlayıblar.
Tiqran Asatryan adlı ifaçı mahnını ifa edərək “Andzrev” adı ilə “YouTube” kanalında yayımlayıb.
Qeyd edək ki, "Səndən nigaranam" mahnısının sözləri Baba Vəziroğlunun, musiqisi isə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova (Kamal) məxsusdur.
Xəyalə Rza
















