• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Brilliant Dadaşova ərindən gileyləndi: "...məni əsəbləşdirir"

MƏDƏNİYYƏT

16 Iyun 2023 | 09:30 | Müəllif: Qalib İbrahimoğlu

Brilliant Dadaşova ərindən gileyləndi: "...məni əsəbləşdirir"

"Onun çox təmizkarlığı məni əsəbləşdirir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Xəbər ətər" verilişində həyat yoldaşı Ədalət Hacıyev haqqında danışərkən deyib.

O, həyat yoldaşı ilə ruh ekizi olduğunu deyərək, onun mənfisindən danışıb:,

"Biz 1985-ci ildə tanış olmuşuq 1988-də evlənmişik. Ruh əkiziyik, ancaq mənfisi odur ki, həddən artıq təmizkardır. Buna həmişə çox əsəbləşirəm. Ancaq düşünürəm ki, mən siqaret çəkən biri, içki butulkaları ilə dolu olan evdə yaşaya bilməzdim. Yaxşı ki, belədir".

Xalq artisti qayınanasından və oğlundan da söz açıb:

"Yoldaşımın rəhmətlik anası da o cür idi. Mən onlara gəlin gələndə elə gördüm. Ancaq mənim indi qızlara yazığım gəlir. Evdə çox əziyyət çəkirlər, o səbəbdən".

B.Dadaşova bildirib ki, həyat yoldaşı ilə mübahisəsi daha çox oğluna görə düşür:

"Atası ona hər şeyə icazə verir. Cəzalandırmır. Həmişə ortada mən pis oluram. Deyirəm, belə olmaz axı, bu, yaxşı bir şey deyil".

Qeyd edək ki, müğənninin həyat yoldaşı Ədalət Hacıyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rəhbəridir.

Cütlüyūn Cahad adlı bir oğlu var.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026