• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Komissiya sədri: “Söyüdlü kəndində aparılan monitorinqin nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq”

CƏMİYYƏT

22 Iyun 2023 | 19:11 | Müəllif: Qalib İbrahimoğlu

Komissiya sədri: “Söyüdlü kəndində aparılan monitorinqin nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq”

Söyüdlü kəndində sakinlərlə görüşdük. Yerində cavablandıra biləcəyimiz sualları cavablandırdıq. Narazılıq yaradan bütün məsələlər yoxlanılacaq və aydınlıq gətiriləcək.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Komissiya sədri vurğulayıb ki, artıq kənddə bu istiqamətdə monitorinq işlərinə başlanılıb və nəticələri qısa müddətdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Komissiyaya Söyüdlüdə tullantıxana sahəsində monitorinqlər aparmaq və mövcud vəziyyəti qiymətləndirmək, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmaq, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026