• Bakı 15° C

    1.83 m/s

Koronavirusdan sonra yaddaşı bərpa etmək üçün nə etməli?

CƏMİYYƏT

27 Fevral 2022 | 03:41 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusdan sonra yaddaşı bərpa etmək üçün nə etməli?

Koviddən sonra beynin işi və yaddaşda dəyişikliklər olur. Xəstələr huşsuzluqdan şikayətlənir. Hətta nə deyəcəklərini belə xatırlaya bilmirlər.

Bakıvaxtı.az xəbər verir ki, həkim Sergey Aqapkin hafizəni bərpa etməyin yolunu açıqlayıb.

O, özü də kovidə yoluxub və yaddaşla bağlı problemlərini bu üsullarla həll edib.

“Bunun üçün yuxunu normallaşdırmaq, istirahətə üstünlük verməli, təmiz havada olmalı və beyin üçün faydalı qidalar yemək lazımdır. Əgər əvvəlki kimi tez düşünüb, danışıb, oxuya bilmirsizsə, sözlər yaddan çıxırsa yaddaş məşqləri edin.

Şeir kitabı götürüb, şeirləri 3-5 dəfə oxuyub bərkdən səsləndirirsiz.

Əgər bu da kömək etmirsə, həkim nevroloq beyin və yaddaş üçün preparatlar yaza bilər” (medicina.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR