"Ural" Hava Yolları Azərbaycana bütün reyslərin ləğvini daha bir ay uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat daşıyıcının saytında yer alıb. Qeyd olunub ki, şirkətin verdiyi qərara əsasən aprelin 30-u daxil olmaqla, Azərbaycandan/Azərbaycana bütün reyslər dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl daşıyıcı Qazaxıstana uçuş proqramını ilkin olaraq martın 11-dən 31-dək, daha sonra isə aprelin 30-dək dayandırıb. Aviaşirkətin mətbuat xidməti onu da bildirb ki, aprelin 1-dək Rusiyanın cənub şəhərlərinə uçuşlar təxirə salınıb, bundan sonrakı qərar isə Federal Hava Nəqliyyatı Agentliyinin verəcəyi əmrdən asılı olacaq.
Ramid İbrahimov
















