• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qadınlar koronavirusdan tamamilə sağalmırlar?

CƏMİYYƏT

27 Aprel 2022 | 19:45 | Müəllif: Qalib İbrahimoğlu

Qadınlar koronavirusdan tamamilə sağalmırlar?

Lester Universitetinin alimləri qadınların koronavirusdan tam sağalma ehtimalının 33% daha az olduğunu müəyyən ediblər.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq tədqiqat “The Lancet Respiratory Medicine” jurnalında dərc olunub. Mütəxəssislər klinikalarda COVID-19-dan müalicə olunan 2320 nəfərin məlumatlarını təhlil ediblər. Onların vəziyyəti xəstəxanadan buraxıldıqdan dərhal sonra, 5 ay və 1 ildən sonra qiymətləndirilib.

Tədqiqat nəticəsində məlum olub ki, 6 aydan az müddətdə xəstələnənlərin yalnız 1/4 özünü infeksiyadan əvvəlki kimi hiss etməyə başlayır. 1 il sonra onların sayı bir qədər artıb - 28,9%.

Qeyd olunb ki, qadınlarda tam sağalma ehtimalı 33% aşağıdır. Obez insanlar iki dəfə, süni nəfəs aparatına ehtiyacı olanlar isə 58% daha az. İngilis həkimlər bildirblər ki, effektiv müalicə olmadan uzanan COVID-19 çox yayılmış yeni uzunmüddətli vəziyyətə çevrilə bilər.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, bu, statistik çalışmadır: “Misal üçün, 10 min adam üzərindən çalışmalar aparılır, qadınlara və kişilərə bölünür. Belə olan halda da müəyyən nəticələr əldə olunur. Amma bunun nəticəsi obyektiv olmaya da bilər, çünki bəzən belə çalışmalar aparıldıqda müəyyən nüanslar nəzərə alınmır. Misal üçün, kişilərdə yanaşı və yaxud gizli gedən xəstəliklər çox, qadınlarda isə az ola bilər. Bunun nə qədər adam arasında aparılmağının çox önəmi var. Daha az sayda insan üzərində aparılıbsa, qeyri-obyektiv olma ehtimalı çoxdur”.

İnfeksionistin sözlərinə görə, nəzəri cəhətdən belə bir şey mümkündür: “Bilirik ki, bəzi xəstəliklərə meyillilikdə kişilər və qadınlar arasında fərq var. Məsələn, ürək xəstəliklərinə meyllilik kişilərdə daha çoxdur, qadınlar yaralanma və qanaxmalara daha dözümlü olurlar. Bu kimi digər xəstəliklərdə də qadınlar və kişilər arasında fərqlər var. Amma infeksion xəstəliklərdə kişilər və qadınlar arasında çox fərq olmur. Koronavirus da infeksion xəstəliyi olduğu üçün ola bilsin ki, qeyri-obyektivlik var. Bizim öz təcrübəmizə nəzər saldıqda isə mən həm ağır xəstələr, həm də ölənlər arasında kişilər və qadınlar arasında fərq hiss etməmişəm. Kişilər və qadınlar bərabər olublar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026