• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bağça müdirinə intizam tənbehi tətbiq edildi

CƏMİYYƏT

27 May 2022 | 19:27 | Müəllif: Subhan Mahmudov

Bağça müdirinə intizam tənbehi tətbiq edildi

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsində yaradılmış komissiya tərəfindən müvafiq araşdırma aparılıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, araşdırma zamanı uşaqların qidalanması Nazirlər Kabinetinin 1994-cü il 09 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş normalar çərçivəsində təmin olunduğu müəyyən olunub:

"Eyni zamanda müəssisə rəhbərliyinin fəaliyyəti də yoxlanılmış, uşaqların davamiyyətinin zəif olduğu, əmək münasibətlərinin düzgün nizamlanmaması, müəssisə rəhbərinin, eləcə də tərbiyəçilərin işində müəyyən nöqsanlara yol verdikləri aşkarlanıb. Fəaliyyətlərində yol verdikləri nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Qədəşova Lalə Məhəmməd qızına və təsərrüfat müdiri Cavadova Rəhilə Məcnun qızına intizam tənbehi tətbiq edilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026