• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Atasının yerə çırpdığı körpənin vəziyyəti necədir? - AÇIQLAMA

CƏMİYYƏT

27 Aprel 2022 | 19:55 | Müəllif: Subhan Mahmudov

Atasının yerə çırpdığı körpənin vəziyyəti necədir? - AÇIQLAMA

Ötən gün atası tərəfindən qəsdən yerə çırpılan 11 aylıq körpənin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bakıvaxtı.az xəbər verir ki, bunu qafqazinfoya Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi, neyrocərrah Bəhruz Eyvazov bildirib.

O əlavə edib ki, hazırda uşağın müalicəsi davam edir: "Körpənin vəziyyəti stabildir. Yaxşılaşma müşahidə olunur". 

Qeyd edək ki, hadisə Yasamal rayonunun Xaqan Dadaşov küçəsində baş verib. Ata 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Hadisəni törədən E.A. tutularaq istintaqa təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026