• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bərdədə qadına narkotik çəkdirib zibilliyə atdılar - YENİLƏNİB (VİDEO)

CƏMİYYƏT

27 Aprel 2022 | 21:19 | Müəllif: Subhan Mahmudov

Bərdədə qadına narkotik çəkdirib zibilliyə atdılar - YENİLƏNİB (VİDEO)

Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı DİN açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bərdə rayonunun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.

 

***19:11

Bərdədə zibillik ərazidən halsız vəziyyətdə qadın tapılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, qadın hələlik adı məlum olmayan şəxslər tərəfindən zibilliyə atılıb.

İlkin məlumata əsasən, onu əraziyə atmamışdan əvvəl narkotik vasitə qəbul etdiriblər. Daha sonra zibillik əraziyə ataraq gediblər. Qadın xəstəxanaya yerləşdirlib.

Hadisənin hansı zəmində baş verməsi araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026