• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı

CƏMİYYƏT

29 Mart 2022 | 03:12 | Müəllif: Qalib İbrahimoğlu

Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı

Alimlər brokkolidə kovid infeksiyasına qarşı effektiv təsirli maddə aşkarlayıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadla  xəbər verir ki, bu kəşfi Cons Hopkins universitetinin alimləri edib.

Brokkolidə olan sulforafan adlı orqanik birləşmə, virusun orqanizmdə yayılmasını və hüceyrə qatına keçməsinin qarşısını alır.

Pandemiya dövründə alimlər sulforafanın antikoronavirus effektini də laborator sınaqlardan keçirib.

Siçanlar üzərində təcrübə göstərib ki, bu maddə həqiqətən kovidə qarşı təsir edir. Brokkolini koronavirusa yoluxmamaq və profilaktika məqsədlə istifadə etmək olar.

Belə ki, hər kq çəkiyə 30 milliqram sulforafan qəbul edən siçanlarda virus yükü 17%, ağciyərlərdə virus 10%, tənəffüs yollarında 9% azalmış, bu heyvanlar koviddən ağırlaşmamışdır.

Sulforafan ağciyərlərin iltihabını azaltmış, immunitetin hiperaktiv reaksiyasının qarşısını almışdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026