• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edildi - Danimarkada

DÜNYA

17 Dekabr 2021 | 23:16

Koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edildi - Danimarkada

Danimarkada COVID-19 ilə mübarizədə və yeni koronavirus ştamının sürətlə yayılması ilə əlaqədar yeni, daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir Mette Frederiksen mətbuat konfransında bildirib.

Yeni qərara görə, idman zalları, kazinolar, əyləncə parkları, konfrans otaqları, kinoteatrlar, rəsm qalereyaları bağlanacaq. Məhdudiyyətlərin təsirinə məruz qalan müəssisələr maliyyə kompensasiyası alacaqlar.

Restoranlar saat 23:00-dan 05:00-a kimi bağlı olacaq, 22:00-dan 05:00-dək spirtli içkilərin satışı qadağandır. İctimai nəqliyyatda uzaq məsafəli səfərlər üçün COVID-19 pasportu tələbi qoyulur. Hökumət əhalidən sosial təmasları məhdudlaşdırmağı və peyvəndin gücləndirici dozası ilə peyvənd olunmalarıını xahiş edir.

Son 24 saat ərzində ölkədə 11 194 koronavirus infeksiyası hadisəsi qeydə alınıb, 500-dən çox insan xəstəxanaya yerləşdirilib, hər beşinci infeksiyaya "omikron" ştamı düşür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026