• Bakı 8° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Fransada prezidentliyə namizəd olan şəxs məhkəməyə verildi

DÜNYA

16 Yanvar 2022 | 22:03

Fransada prezidentliyə namizəd olan şəxs məhkəməyə verildi

Fransa prezidentliyinə namizəd Erik Zemmur hakim qarşısına çıxarılacaq.

Bakıvaxtı.az “Le Monde” qəzetinə istinadən xəbər verir ki, prezidentliyə namizəd müəllif hüquqlarını pozmaqda ittiham edilir.

Bir müddət əvvəl “Youtube”da yayımlanan tanıtım videosunda Zemmur köhnə filmlərdə olan kadrlardan istifadə edib. Video yayıldıqdan qısa müddət sonra kadrların çoxunun istifadəsi üçün icazə alınmadığı məlum olub və film müəllifləri məhkəməyə müraciət ediblər. İşə Paris Yuxarı İnstansiya Məhkəməsi yanvarın 27-də baxacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026