• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək” - Putin

DÜNYA

15 Fevral 2022 | 21:33 | Müəllif: Subhan Mahmudov

“30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək” - Putin

NATO Rusiya sərhədlərinə doğru genişlənməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"NATO-nun genişlənməsi ilə bağlı çox gözəl bir ifadə dediniz - "Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq”. “Deyirlər”, nə deməkdir? Siz və mən dövlətlərarası münasibətlərdə “deyirlər”in nə demək olduğunu başa düşməliyik. 30 ildir bizə deyirlər ki, NATO ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməyəcək. Bu gün isə biz NATO infrastrukturunu öz evimizin yanında görürük”, - deyə Rusiya prezidenti vurğulayıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026