• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa Şurası Belarusla əməkdaşlığı dayandırır

DÜNYA

17 Mart 2022 | 20:36 | Müəllif: Subhan Mahmudov

Avropa Şurası Belarusla əməkdaşlığı dayandırır

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Ukraynadakı müharibədə oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

“AŞNK Belarusun təşkilatın bütün iclas və tədbirlərində iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının razılaşmalarında iştirakına da aiddir”, - deyə məlumatda bildirilib.

Təşkilat həmçinin Minsklə “istənilən texniki əməkdaşlığı” dayandırmaq niyyətindədir.

Eyni zamanda, AŞNK Belarusun vətəndaş cəmiyyəti və mühacirətdəki müxalifətilə əlaqələri gücləndirmək qərarına gəlib. Yaxın gələcəkdə nazirlər bu fəaliyyət sahəsində əlavə qərarlar qəbul etmək niyyətindədirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026