• Bakı 19° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Hulusi Akar Aleksey Reznikov ilə DANIŞDI

DÜNYA

16 Aprel 2022 | 20:07 | Müəllif: Subhan Mahmudov

Hulusi Akar Aleksey Reznikov ilə DANIŞDI

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az məlumatına görə, Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti öz "Twitter" səhifəsində yazıb.

H.Akar Ukraynadakı döyüş bölgələrindən quru və dəniz yolu ilə Türkiyə vətəndaşları da daxil olmaqla mülki şəxslərin təxliyyəsinin təcili olduğunu vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri dərhal atəşkəs elan edilməsinin vacibliyini də qeyd edib.

Bundan əlavə, nazir Ukrayna limanlarında yerləşən türk ticarət gəmilərinin təhlükəsiz geri qayıtmasının vacibliyini qeyd edib.

Hulusi Akar bildirib ki, Ankara bundan sonra da Ukrayna xalqına hər cür humanitar yardım göstərməyə hazırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026