• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Aİ liderləri Viktor Orbanı təbrik etdi

DÜNYA

16 May 2022 | 18:01

Aİ liderləri Viktor Orbanı təbrik etdi

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Viktor Orbanı yenidən Macarıstanın Baş naziri seçilməsi münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Ursula von der Leyen bu barədə "Twitter"də bildirib.

“Hörmətli Baş nazir Viktor Orban, bu gün yenidən seçilməyiniz münasibətilə sizi təbrik edirəm.

Aİ misli görünməmiş problemlərlə üz-üzədir. Mən kollektiv şəkildə bu problemlərin uğurla həllini təmin etməyimiz üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də Viktor Orbanı yenidən Baş nazir postuna seçilməsi münasibətilə təbrik edib.

Aİ Şurasının Prezidenti bu barədə "Twitter"də bildirib: “Bu çətin zamanda Aİ-nin birliyi və suverenliyi bizim əsas güclü tərəfimizdir.

Hörmətli Viktor Orban, yenidən seçilməyiniz münasibətilə sizi təbrik edir və Avropa İttifaqı Şurasında davamlı əməkdaşlığımızı səbirsizliklə gözləyirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026