• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Stoltenberq Zelenskinin NATO sammitinə dəvətini təsdiqlədi

DÜNYA

15 Iyun 2022 | 15:41

Stoltenberq Zelenskinin NATO sammitinə dəvətini təsdiqlədi

NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskinin 28-30 iyun tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək NATO Sammitində iştirak edəcəyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda NATO-nun mətbuat xidməti məlumat yayıb.

NATO-nun yeddi ölkəsinin liderlərinin görüşündən sonra Haaqada keçirilən brifinqdə Baş katib qeyd edib ki, Ukraynanın gələcəkdə güclü köməyə ehtiyacı var.

“Bu gün biz sammitə hazırlığı, o cümlədən Ukraynaya həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə güclü dəstəyin zəruriliyini müzakirə etdik. Madriddəki sammitimiz zamanı NATO liderləri qarşısında çıxış edəcək Prezident Zelenskini salamlamağı səbirsizliklə gözləyirəm”, - Stoltenberq bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026