• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Almaniya Moldovaya 60 mln. avro yardım ayıracaq

DÜNYA

15 Iyul 2022 | 13:12

Almaniya Moldovaya 60 mln. avro yardım ayıracaq

Almaniya Moldovaya Ukraynadakı müharibənin nəticələrinin öhdəsindən gəlməyə kömək etmək üçün 60 milyon avro ayıracaq.

Bakıvaxtı.az DPA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Rumıniyanın paytaxtı Buxarestdə keçirilən donor konfransında bildirib.

Qeyd olunub ki, 40 milyon avro enerji xərcləri üçün subsidiya formasında veriləcək, 20 milyon avro isə enerji səmərəliliyi proqramına və bərpa olunan enerjiyə investisiyaya, həmçinin video dronlara, termal görüntüləmə avadanlığına, ərazi nəqliyyat vasitələrinə və sərhəddə pasport skanerlərinə ayrılacaq.

Xatırladaq ki, maliyyə yardımını əvvəlcə Bundestaq təsdiqləməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR