• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Bu ölkənin baş naziri xəstəxanaya yerləşdirildi

DÜNYA

14 Avqust 2022 | 00:38

Bu ölkənin baş naziri xəstəxanaya yerləşdirildi

Malinin müvəqqəti Baş naziri Çoqel Kokalla Maiqa şənbə günü Bamakodakı özəl klinikaya yerləşdirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, 64 yaşlı Maiqa özünü pis hiss edib və xəstəxanaya aparılıb. “İndiki mərhələdə Baş nazirin səhhəti qaydasındadır, o, həkimlərin nəzarəti altındadır”, - mənbə AFP-yə bildirib. Baş nazirin yerləşdirildiyi klinikanın digər həkimi isə hökumət başçısının “kifayət qədər sağaldığını” deyib.

Mali Baş nazirinin katibliyi onun xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib. “14 aylıq gərgin işdən sonra Baş nazir Çoqel Kokalla Maiqa həkimi tərəfindən məcburi istirahətə buraxılıb”./report.az/

“Baş nazir gələn həftə öz fəaliyyətini bərpa edəcək”, - bunu isə “Journal du Mali” qəzeti bildirib.


SON XƏBƏRLƏR