• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Silahlı Qüvvələri 6000 kvadrat kilometr ərazini azad edib

DÜNYA

12 Sentyabr 2022 | 22:01 | Müəllif: Subhan Mahmudov

Ukrayna Silahlı Qüvvələri 6000 kvadrat kilometr ərazini azad edib

Ukrayna hərbçiləri ölkənin cənubunda və şərqində 6 min kvadrat kilometr ərazini azad edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Qeyd edək ki, Ukrayna hərbçilərinin Xarkov vilayətində genişmiqyaslı əks-hücum əməliyyatı sentyabrın əvvəlində başlayıb. Bu günə qədər ölkə ordusu demək olar ki, bütün Xarkov vilayətini, eləcə də Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsini azad edib.

Bundan əlavə, son günlər Ukrayna Xerson vilayətinin bir sıra yaşayış məntəqələrinə nəzarəti bərpa edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026