Avropa İttifaqı Komissiyası Bosniya və Herseqovinaya namizəd ölkə statusunun verilməsi ilə bağlı rəy verib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqının genişlənmə üzrə komissarı Oliver Varhelyi Bosniya və Herseqovinaya namizəd ölkə statusunun verilməsi ilə bağlı rəy verildiyini açıqlayıb. Varhelyi illik genişlənmə hesabatının təqdimatı zamanı “potensial namizəd” ölkəsi olan Bosniya və Herseqovinaya “namizəd ölkə” statusunun verilməsi təklifinin verildiyini açıqlayıb.
Aİ-nin korrupsiya ilə mübarizə, ifadə və mətbuat azadlığı, hüquqi islahatlar kimi mövzularda Bosniya və Herseqovinanı izləməyə davam edəcəyini bildirən Varhelyi “14 prioritet”in həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Aytac Aslan














jpg-1668158781.webp)

