• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Zelenski Ali Baş Qərargahın iclasını keçirdi

DÜNYA

11 Noyabr 2022 | 17:03

Zelenski Ali Baş Qərargahın iclasını keçirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Qərargahın iclasını keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu dövlət başçısı teleqramda yazıb.

O bildirib ki, toplantıda cəbhə xəttindəki, xüsusilə cənub istiqamətindəki durum müzakirə olunub.

İclasda, həmçinin bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə vəziyyətin sabitləşdirilməsi üçün prioritet tədbirlər müəyyən edilib: “Torpaqlarımızı işğalçılardan azad etməkdə davam edirik”, - Prezident yazıb.

Bundan əlavə, iclas iştirakçıları enerji infrastrukturunun Rusiyanın hücumlarından qorunmasının gücləndirilməsi və düşmənin hücumu nəticəsində zədələnmiş obyektlərin bərpasına dair fikir mübadiləsi aparıblar. V.Zelenski əlavə edib ki, Ukrayna qışa mümkün qədər hazır olmalıdır: “Bunun üçün hər şey edilir”.

Qeyd edək ki, Ukrayna noyabrın 11-də Xerson şəhərini Rusiya işğalından azad edib. Ukrayna ordusu şəhərə daxil olub. /Report
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026