• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xerson vilayətində 75 yaşayış məntəqəsi AZAD OLUNUB

DÜNYA

12 Oktyabr 2022 | 21:39 | Müəllif: Subhan Mahmudov

Xerson vilayətində 75 yaşayış məntəqəsi AZAD OLUNUB

"Xerson vilayətində indiyədək 75 yaşayış məntəqəsi azad olunub".

Bakıvaxtı.az "report"a istinadən bildirir ki, bunu Ukraynanın Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç "Suspilni"nin efirində deyib.

Onun sözlərinə görə, sadəcə oktyabr ayı ərzində Ukrayna Silahlı Qüvvələri vilayətin 29 yaşayış məntəqəsində mavi-sarı bayrağı sancıblar:

"Xerson vilayətinin azad olunması davam edir. Təəssüf ki, daha çox danışa bilməyəcəyəm, çünki informasiya sükutuna riayət edilməlidir. Ancaq biz hər gün yaxşı xəbərlər gözləməliyik".

Y.Yanuşeviç deyib ki, azad olunmuş ərazilərdə vəziyyət dəhşətlidir. Onun sözlərinə görə, orada xeyli dağıdılmış ev, məktəb, uşaq bağçası və xəstəxana var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026