• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

ABŞ Ukraynaya bu qədər silah verib - SİYAHI

DÜNYA

15 Iyun 2022 | 14:37 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukraynaya bu qədər silah verib - SİYAHI

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ Ukraynaya 108 haubitsa, 26 min “Javelin”, 1400 ədəd “Stinger”, 220 min artilleriya mərmisi, 50 milyon patron, 75 min dəst zireh və dəbilqə, həmçinin digər tank əleyhinə sistemlər verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

"Putinin Ukraynaya qarşı müharibəsi başlayandan bəri Prezident Bayden Ukraynaya 11 hərbi dəstək paketi elan edib. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Ukrayna xalqını öz ölkəsini müdafiə etmək üçün lazım olan hər şeylə təmin etmək üçün çalışırıq”, - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-ın təhlükəsizlik yardımının ümumi məbləği artıq 4,6 milyard dollara çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026