• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

“Bayraktar AKINCI”dan möhtəşəm uğur - VİDEO

DÜNYA

15 Iyun 2022 | 17:14

“Bayraktar AKINCI”dan möhtəşəm uğur - VİDEO

Türkiyədə “AKINCI” pilotsuz uçuş aparatı daha bir uğura imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin “Twitter” hesabında məlumat yayılıb.

“TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 ilə ilk atəş sınağı uğurla tamamlanıb.

“Baykar”ın açıqlamasına görə, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 sursatı ilə iyunun 14-də Çorludan havaya qalxan “Bayraktar AKINCI” Sinop sahillərində həyata keçirilən ilk atış sınağını müvəffəqiyyətlə tamamladı.

“AKINCI” üzərindəki elektro-optik kamera və yerdəki telemetriya antenləri 30 kilometr uzaqlıqdakı hədəfin yüksək dəqiqliklə vurulduğunu təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026