Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının sammiti keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Kremldə keçirilən sammiti Rusiya prezidenti Vladimir Putin açıb.
O, bu dəfəki sammitin yubiley sammiti olduğunu, 1992-ci ilin mayın 15-də Kolletkriv Təhlükəsizlik müqaviləsinin imzalandığını xatırladıb.
Daha sonra söz KTMT-yə hazırda rəhbərlik edən Ermənistanın baş naziri Nikol Paşinyana verilib.
Qeyd edək ki, KTMT liderlərinin sammitin yekununda çoxtərəfli sənəd, həmçinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatını imzalayacaqları bildirilib. İclasda dövlət başçılarının bioloji təhlükəsizlik məsələlərinə ayrıca diqqət ayıracağı, hərbi əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla yeni çağırışlara qarşı birgə fəaliyyət məsələlərini müzakirə edəcəkləri planlaşdırılıb. (apa)
















