• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Navalnı ciddi rejimli həbsxanaya köçürüldü

DÜNYA

15 Iyun 2022 | 09:12 | Müəllif: Subhan Mahmudov

Navalnı ciddi rejimli həbsxanaya köçürüldü

Rusiyalı müxalifət bloger Aleksey Navalnı Pokrovdakı standart rejimli həbsxanadan Vladimir vilayətindəki Melexovodakı ciddi rejimli həbsxanaya köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional ictimai nəzarət komissiyasının sədri Sergey Yazan məlumat verib.

İyunun 14-də Aleksey Navalnının vəkilləri bildiriblər ki, siyasətçi onun dələduzluq işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra Vladimir vilayətinin Pokrov şəhərindəki həbsxanadan ciddi rejimli həbsxanaya köçürülüb.

Vladimir vilayətinin insan hüquqları üzrə komissarı Lyudmila Romanova deyib ki, həbsxana yaxşı reputasiyaya malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026