• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vinnitsada dörd yaşlı bloqer həlak oldu - FOTO

DÜNYA

14 Iyul 2022 | 23:56 | Müəllif: Subhan Mahmudov

Vinnitsada dörd yaşlı bloqer həlak oldu - FOTO

Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket hücumu zamanı 33 yaşlı dizayner və bloqer İrina Dmitriyeva yaralanıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İrinanın işlədiyi "Kartel" nəşriyyatının baş direktoru İrina Asman məlumat verib.

Onun sözlərinə görə, yaralı qadın reanimasiyadadır, onun dörd yaşlı qızı Liza isə yerindəcə keçinib.

Qeyd edək ki, İrina daun sindromlu qızının həyatı haqqında bloq yazırdı. Balaca Lizanın "l.i.z.i.love" instaqram səhifəsində 4000 izləyicisi var. O, qızının uğurlarını sosial şəbəkələrdə bölüşərək, bu sindromdan əziyyət çəkən digər uşaqların anaları üçün məsləhətlərini paylaşırdı.

Xatırladaq ki, bu gün Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Hadisə nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026