• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İsrail prezidenti Baydeni təltif etdi

DÜNYA

14 Iyul 2022 | 22:31 | Müəllif: Subhan Mahmudov

İsrail prezidenti Baydeni təltif etdi

İsrail Prezidenti İshaq Hersoq ABŞ Prezidenti Co Baydeni fəxri medalla təltif edib.

Bakıvaxtı.az xəbər verir ki, təltifetmə mərasimi İ.Hersoqun Qüdsdəki iqamətgahında baş tutub.

“Bölgəmizə, o cümlədən İsraildən Səudiyyə Ərəbistanına sabahkı tarixi səfərinizdə sizə böyük uğurlar arzulayırıq. Qoy bu, regionun bütün xalqlarına sülh və ümid mesajı gətirsin", - Hersoq mərasimdə çıxışında bildirib.

Buna cavab olaraq Bayden ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təkrarlayıb.

Qeyd edək ki, Co Bayden Yaxın Şərq turnesindədir. O, 13-16 iyul tarixlərində İsraillə yanaşı, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanında da görüşlər keçirəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026