• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İsveç NATO-ya üzvlüklə bağlı QƏRAR VERDİ

DÜNYA

16 May 2022 | 18:32 | Müəllif: Subhan Mahmudov

İsveç NATO-ya üzvlüklə bağlı QƏRAR VERDİ

İsveçin NATO-ya üzvlük üçün müraciət etməsi ilə bağlı qərar hökumət tərəfindən qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçin baş naziri Maqdalena Andersson deyib.

Onun sözlərinə görə, müvafiq qərar parlamentdə səs çoxluğu ilə qəbul edilib.

"Bu gün keçirilən iclasda hökumət NATO-ya müraciətlə bağlı qərar qəbul edib. İsveç səfiri tezliklə bu müraciəti NATO-ya təqdim edəcək. Daha sonra İsveç alyansın üzvü olmaq niyyətini və buna hazır olduğunu təsdiq edəcək", - deyə baş nazir bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Finlandiya hökuməti də analoji qərar qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026