• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şoyqu Bəşər Əsədlə görüşdü

DÜNYA

15 Fevral 2022 | 21:10 | Müəllif: Subhan Mahmudov

Şoyqu Bəşər Əsədlə görüşdü

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri zamanı Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, görüş zamanı hərbi-texniki əməkdaşlıq və terrorizmlə mübarizə məsələləri müzakirə edilib. 

“Sergey Şoyqu və Bəşər Əsəd arasında keçirilən görüşdə beynəlxalq terrorçuların qalıqlarına qarşı birgə mübarizə çərçivəsində ölkələr arasında hərbi-texniki əməkdaşlığın müxtəlif məsələləri, eləcə də ABŞ və Qərb ölkələrinin qadağanedici sanksiyalarından əziyyət çəkən Suriya əhalisinə Rusiyanın humanitar yardımının müəyyən aspektləri müzakirə edilib”. 

Müdafiə naziri Rusiya Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrinin Aralıq dənizində keçirdiyi təlimlər barədə Bəşər Əsədə məlumat verib.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026