Çinin paytaxtına gedənlərdən 72 saat ərzində koronavirus testindən keçmək tələb olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, Pekin hakimiyyətinin verdiyi qərar yanvarın 22-dən etibarən qüvvədə olacaq. "CGTN" televiziya kanalının məlumatına əsasən, bu tədbirlər martın sonuna qədər davam edəcək.
Telekanal bildirib ki, eyni zamanda, bundan əvvəl paytaxta səfər edənlərdən gəlməmişdən əvvəl 48 saat ərzində edilən koronavirus ilə bağlı neqativ "PCR" testi və xəstəliyin olmaması ilə bağlı xüsusi kod tələb olunub.
















