N.F.Qamaleya adına epidemiologiya və mikrobiologiya Elmi-Tədqiqat Mərkəzi eyni anda bir neçə növ koronavirusa qarşı təsirli ola biləcək peyvənd hazırlamağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə mərkəzin direktor müavini Denis Loqunov bildirib.
Onun sözlərinə görə, bu imkan hazırda müzakirə olunur (aztibb.az). Güman edilir ki, yeni peyvənd həm koronavirusun “Uhan” versiyası, həm də Omikron və Deltaya qarşı yüksək təsirli olacaq.
Alim onu da əlavə edib ki, effektiv peyvənd hazırlanmayıncaya qədər Omikron səbəbindən xəstələrin sayı günü-gündən artacaq.
















