• Bakı 15° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

Kreml Vaşinqtonun Ukrayna və NATO ilə bağlı mövqeyini alqışlayır

DÜNYA

21 Aprel 2025 | 15:26

Kreml Vaşinqtonun Ukrayna və NATO ilə bağlı mövqeyini alqışlayır

Ukraynanın NATO üzvü olmayacağı barədə Vaşinqtonun bəyanatları Moskva tərəfindən razılıqla qarşılanır.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ukraynanın NATO-ya üzvlüyünün istisna təşkil etdiyini Vaşinqtondan müxtəlif səviyyələrdə eşitmişik. Şübhəsiz ki, bu, bizdə məmnunluq doğurur və Ukraynanın NATO üzvü olmaması və Şimali Atlantika Alyansı ilə inteqrasiya perspektivlərinə malik olmaması barədə mövqeyimizlə üst-üstə düşür. Çünki əks halda bu, Rusiya Federasiyasının milli maraqlarına təhlükə yarada bilərdi", - D.Peskov qeyd edib.

O, Ukraynanın NATO-ya can atmasının münaqişənin əsas səbəblərindən biri olduğunu xatırladıb.


SON XƏBƏRLƏR