Rusiya Belarusa "Checkmate" yüngül taktiki təyyarələrin, həmçinin pilotsuz uçuş aparatlarının, zirehli texnikanın və hava hücumundan müdafiə sistemlərinin birgə istehsalına başlamağı təklif edəcək.
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev məlumat verib.
Onun sözlərinə görə, MILEX silah sərgisində “Rosoboroneksport” Rusiya və Belarusun müdafiə-sənaye komplekslərinin müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etməyi planlaşdırır:
"Rusiyanın dövlət şirkəti belaruslu həmkarları ilə birgə hərbi məhsulların istehsalı və onların dünya bazarında irəliləyişi məsələsini müzakirə etmək istəyir. Təyyarə mühərriklərinin təşviqi, döyüş təyyarələrinin təmiri və modernləşdirilməsi müzakirə olunacaq".
Qeyd edək ki, mayın 21-24-də Minskdə MILEX beynəlxalq silah və hərbi texnika sərgisi keçiriləcək.
Gülşən Şərif