• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

WP: İsrail Qərb müttəfiqlərinin dəstəyini itirir

DÜNYA

21 May 2025 | 15:11

WP: İsrail Qərb müttəfiqlərinin dəstəyini itirir

İsrail Qəzza zolağında hərbi əməliyyatı gücləndirmək qərarı və öz rəhbərliyinin siyasəti ucbatından təcrid olunmaq riski fonunda Qərb müttəfiqlərinin dəstəyini fəal şəkildə itirir. 

Bakıvaxtı.az "The Washington Post"a (WP) istinadən xəbər verir ki,  İsrailin son həftədə hərbi əməliyyatları intensivləşib. 

Buna görə də mühüm siqnal kimi Böyük Britaniya, Fransa və Kanada İsrail rəhbərliyindən hərbi əməliyyatları dayandırmağı tələb edirlər. Hətta Böyük Britaniya artıq İsraillə azad ticarət rejiminin yaradılması ilə bağlı danışıqları dayandırıb.  Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın sözlərinə görə, Avropa İttifaqı yəhudi dövləti ilə ticarət müqaviləsinə yenidən baxılması prosesinə başlayacaq.

Ağ Ev də İsrailin baş naziri Benyamin Netanyahu hökumətinə qarşı səbrini itirir. ABŞ prezidenti Donald Tramp Qəzzada tezliklə sülhün bərqərar olmasına mane olan İsrail rəhbərliyindən məyusdur. Bu fonda yəhudi dövlətinin hakimiyyət orqanları arasında təcrid olunmaq qorxusu artır. Artan təzyiqlər artıq Netanyahunu müəyyən güzəştlərə getməyə məcbur edir. Xüsusilə, bu, Qəzzaya əsas humanitar yardımların çatdırılmasının bərpası qərarı ilə bağlıdır. 

Ekspertlərə görə, baş nazir fələstinlilərə qarşı daha sərt addımlar atmağa çağıran hakim koalisiyadakı radikal ifrat sağçı tərəfdaşlara təzyiqi artırmalıdır. Eyni zamanda İsrail müxalifətinin nümayəndələri qeyd edirlər ki, İsrail onilliklər ərzində ilk dəfə özünü təcrid vəziyyətinə sala bilər. 

Gülşən Şərif


SON XƏBƏRLƏR