• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Küləkli havada tozun qalxması allergik reaksiyaları artırır

CƏMİYYƏT

14 May 2025 | 14:51

Küləkli havada tozun qalxması allergik reaksiyaları artırır

Küləkli havalarda ətraf mühitdəki toz və allergenlərin havaya qalxması, xüsusilə allergiyaya meyilli insanlarda burun axıntısı, asqırma, göz qızartısı, öskürək və nəfəs darlığı kimi simptomlara səbəb ola bilər.

Bakuvaxti.az xəbər verir ki, son günlərdə havanın küləkli keçməsi atmosferdə toz və digər mikroskopik hissəciklərin miqdarını artırıb.

Bu hal xüsusilə allergiyaya meyilli şəxslər üçün ciddi narahatlıq yaradır. Allergik rinit və astması olan şəxslərdə bu simptomlar daha kəskin şəkildə özünü göstərə bilər.

Risk qrupuna əsasən uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər daxildir. Bu kateqoriyadan olan insanlar üçün açıq havada uzun müddət qalmaq, xüsusilə səhər və axşam saatlarında, vəziyyəti daha da ağırlaşdıra bilər.

Mütəxəssislər toz-allergen təsirindən qorunmaq üçün yaşayış yerlərinin havasını təmiz saxlamaq, pəncərə və qapıları bağlı tutmaq, çöldən gələndə üz və əlləri yumaq, həmçinin maskalardan istifadə etmək kimi tədbirlərin görülməsini tövsiyə edirlər.

Allergik simptomların uzun müddət keçməməsi və ya güclənməsi halında mütləq tibbi yardıma müraciət etmək məsləhət görülür. Küləkli hava şəraitində sadə profilaktik tədbirlər ciddi narahatlıqların qarşısını almaqda köməkçi ola bilər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR