"Beynəlxalq ictimaiyyət Qəzzadakı vəziyyətə reaksiya vermir".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı heç bir qətnaməsi icra olunmur:
"İsrailin Qəzzada törətdikləri kollektiv cəzadır. Kollektiv cəza beynəlxalq humanitar hüququn pozulması deməkdir. BMT Qəzzaya hücumlardan danışarkən hücumu kimin həyata keçirdiyini açıq şəkildə bildirməsə də, Ukraynaya gələndə dərhal Rusiyanı günahlandırır. BMT əməkdaşlarının bütün üzvlərə qarşı qərəzsiz olmaq öhdəliyi unudulmamalıdır".
Lavrov bildirib ki, ABŞ və İsrail münaqişəni qızışdırmağa və hərtərəfli müharibə başlatmağa çalışırlar.
Gülşən Şərif