• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ukrayna ordusu Kurskda irəliləyib - RƏSMİ

DÜNYA

17 Avqust 2024 | 10:25 | Müəllif: Əli Hüseynov

Ukrayna ordusu Kurskda irəliləyib - RƏSMİ

Ukrayna qoşunları Rusiyanın Kursk vilayətinin müxtəlif məntəqələrində 1-3 kilometr irəliləyib.

Bakıvaxtı.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirskiy bildirib ki, Vladimir Zelenskiyə videokonfrans vasitəsilə cəbhə xəttindəki vəziyyət və Kursk bölgəsindəki əməliyyatlarla bağlı hazırlanan hesabat barədə məlumat verilib.

Sirskiy məruzəsində Ukrayna Prezidentinə Kursk ərazisində baş tutan əməliyyatların nəticələrindən söz açıb.

Belə ki, Baş Qərərgah rəisi ölkə başçısına sözügedən ərazidə 3 kilometrədək irəliləyiş əldə edildiyini bildirib:

 "Hücum qrupunda olan qoşunlarımız müxtəlif yerlərdə düşmən tərəfə doğru 1-3 kilometr irəliləyib. Bütün cəbhə xətti boyunca toqquşmalar davam edir. Ümumilikdə vəziyyət normaldır".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026