• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Türkiyədə zavodda partlayış: Ölən və yaralananlar var - YENİLƏNİB

DÜNYA

15 Sentyabr 2024 | 23:47

Türkiyədə zavodda partlayış: Ölən və yaralananlar var - YENİLƏNİB

Sakaryanın Hendek rayonunda makaron zavodunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb. 

Bakıvaxtı.az xəbər verir ki, işçilərdən birinin meyiti soyutma işləri zamanı aşkarlanıb. 

Bundan başqa, 6-sı ağır olmaqla 30 nəfər yaralanıb.

 

 

17:11

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikada baş vermiş partlayışda 20 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" "Anadolu"ya istinadən bildirib.

"Makaron fabrikasında hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb", - məlumatda qeyd olunub.

İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR