• Bakı 22° C

    5.44 m/s

Hakan Fidan yunan həmkarı ilə görüşəcək

DÜNYA

15 Oktyabr 2024 | 19:06 | Müəllif: Subhan Mahmudov

Hakan Fidan yunan həmkarı ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Afinaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

O, səfər zamanı Yunanıstanın xarici işlər naziri Yorqos İerapetritis ilə görüşəcək.

Məlumata görə, Yerapetritisin 5 sentyabr 2023-cü ildə Ankaraya işgüzar səfərinə cavab olaraq baş tutacaq.

Səfər zamanı iki nazirin regional məsələləri, xüsusilə Yaxın Şərqi, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026