• Bakı 16° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Tramp seçki mitinqində 40 dəqiqəyədək rəqs etdi - VİDEO

DÜNYA

15 Oktyabr 2024 | 22:05 | Müəllif: Subhan Mahmudov

Tramp seçki mitinqində 40 dəqiqəyədək rəqs etdi - VİDEO

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatının Oaks şəhərində keçirdiyi seçki kampaniyasında 40 dəqiqəyə yaxın rəqs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.

“Tramp 39 dəqiqə ərzində rəqs etdi, arabir danışmağı dayandırdı, tədbiri mitinq üçün özünün bəstələdiyi pleylistdən sevimli mahnılarını dinləmə seansına çevirdi”, - deyə nəşr yazır.

Bildirilir ki, Tramp iki tamaşaçının halı pisləşdiyi üçün vəziyyəti sakitləşdirməyə çalışıb və rəqs edib.  O, zarafatla izdihamdan “başqa kim huşunu itirmək istəyir” deyə soruşub.

“Daha sual verməyək. Gəlin sadəcə musiqiyə qulaq asaq”, - deyə Tramp təklif edib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR