• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ABŞ-nin yeni təklifi yalnız İsrailin maraqlarına xidmət edir - HƏMAS

DÜNYA

17 Avqust 2024 | 09:07

ABŞ-nin yeni təklifi yalnız İsrailin maraqlarına xidmət edir - HƏMAS

ABŞ-ın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı yeni təklifi yalnız İsrailin maraqlarına xidmət edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının rəhbərliyindəki adı açıqlanmayan mənbəyə istinadən “əl-Cəzirə” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail tərəfi danışıqları pozmaq üçün sazişə yeni maddələrin daxil edilməsində israrlıdır.

“Biz vasitəçiləri İsrailə təzyiq göstərməyə və onu əvvəllər razılaşdırılmış şeyi yerinə yetirməyə məcbur etməyə səsləyirik”, - deyə mənbə bildirib.

HƏMAS tərəfi bildirir ki, yeni razılaşma həqiqi əsirlərin mübadiləsi və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını ehtiva etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026