• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İran: ABŞ İsrailə vasitəçilik yox, dəstəkçilik edir

DÜNYA

17 Avqust 2024 | 09:55 | Müəllif: Əli Hüseynov

İran: ABŞ İsrailə vasitəçilik yox, dəstəkçilik edir

İran xarici işlər nazirinin müavini Əli Baqiri ABŞ-ni Qəzzadakı atəşkəs danışıqlarında vasitəçi deyil, İsrailə döyüş silahı verən müttəfiq hesab etdiklərini bildirib.

Bakıvaxtı.az bu barədə Əli Baqirinin "X" platformasındakı məlumatına istinadən xəbər verir.

Baqiri bildirib ki, onunla Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani arasında telefon danışığı baş tutub.

İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün Dohada keçirilən danışıqların gedişi ilə bağlı Qətər naziri ilə fikir mübadiləsi apardığını bildirən Baqıri ABŞ ilə İsrail arasında danışıqlar masası arxasında baş verən saxtakarlıq cəhdlərinə diqqət çəkib.

Nazirlər Dohada dünən başlayan atəşkəs danışıqlarından sonra ikinci dəfə telefonla danışıblar.

Baqıri zəngdə İsrailin Qəzzada törətdiyi soyqırım cinayətlərinin dayandırılması üçün diplomatik təşəbbüslər də daxil olmaqla, birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026